Əsgərovun komandası səfərdən xalsız döndü
Futbol üzrə Latviya çempionatında 6-cı turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərovun formasını geyindiyi “Super Nova” da növbəti maçtına çıxıb.
Sözügedən kollektiv səfərdə RFS ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
Vüqar da bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb.
“Super Nova” 6 turdan sonra 2 xalla 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin