Əsgərovun komandası Avroliqada mübarizəni dayandırdı
Futbol üzrə Avropa Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçirilir.
Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının sabiq hücumçusu Vüqar Əsgərovun formasını geyindiyi Latviyanın “Liepaya” klubu da bu turnirdə növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda İsveçin “Norçöpinq” klubu ilə üz-üzə gəlib. “Bakı”nın sabiq baş məşqçisi Aleksandr Starkovun çalışdırdığı futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1. Səfərdə də 2 cavabsız qola üzülən “Liepaya” mübarizəni dayandırmaq məcburiyyətində qalıb.
Vüqar da bu görüşün iştirakçısı olub. Starkov millimizin sabiq forvardını 82-ci dəqiqədə meydana buraxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin