Əsgərov 45 dəqiqə oynadı, komandası qalib gəldi
Futbol üzrə Latviya çempionatında 32-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Liepaya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Metta” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.
Vüqar da bu matçın iştirakçısı olub. O, fasilədən dərhal sonra – 46-cı dəqiqdə meydana buraxılıb. Cari mövsümdə 8 qol vuran futbolçumuz sonadək ehtiyatda qalıb.
“Liepaya” hazırda 35 xalla 9 komanda arasında 6-cı pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin