Əsgərov üçün 90 dəqiqə və 3 xal
Futbol üzrə Latviya 1-ci liqasında 6-cı turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərovun formasını geyindiyi “Super Nova” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Qrobina” ilə qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.
Vüqar da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan azərbaycanlı futbolçu sonadək mübarizə aparıb. Cari mövsümdə 3 qol vurmuş Əsgərov bu görüşdə 72-ci dəqiqədə aldığı sarı vərəqə ilə yadda qalıb.
6 oyuna 13 xal toplamış “Super Nova” 9 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin