“Əsas taktikamız müdafiə olunmaq idi” – Mixal Bilek
Çexiyanın “Viktoriya” (Plzen) komandasının baş məşqçisi Mixal Bilek UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri ilk oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, Bakıda baş tutan və qolsuz bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
- Rəqibə böyük hörmətimiz var. Açıq oynasaydıq, matç daha sürətli və qaynar keçərdi. Əsas taktikamız müdafiə olunmaq idi.
- Heç-heçə ilə bağlı nə deyə bilərsiz?
- Biz bu nəticədən razıyıq. Bilirik ki, ölkəmizdə bizi daha ağır oyun gözləyir. “Qarabağ” çox güclü komandadır. Lakin qəbul edirik ki, burada şanslarımız daha çox idi.
- Oyunçularınız bu gün çox aqressiv idi. Bu haqda nə deyə bilərsiz?
- Düşünmürəm ki, aqressiv oyun göstərdik. Sadəcə, tələsirdik. Heç bir aqressiya göstərmədən oynadıq.
- Qapıçının oyununu necə qiymətləndirirsiz?
- Düşünürəm ki, qapıçı kifayət qədər yaxşı oynadı. Çexiyanın yaxşı qapıçılarından biridir. Ev oyunundada yaxşı nəticə göstərəcəyini bilirəm.
- Çexiyada komandanıza hansı amil kömək olacaq?
- Əsas amillərdən biri qapının qorunması olacaq.
Mehri Qurban
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin