“Görək, ten Haq qarşıma hansı tələbləri qoyacaq” – Fred

“Mançester Yunayted”in yarımmüdafiəçisi Fred komandada meydandakı rolunu necə gördüyündən danışıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, o, keçən mövsüm sərbəstliyə sahib olduğunu deyib:

“Keçən mövsüm Ralf Ranqnik mənə bir az daha sərbəst oynamağa icazə verdi. Daha çox sərbəstliyə sahib idim, qol vura və ötürmələr edə bildim. Görək, Erik ten Haq mənim qarşıma hansı tələbləri qoyacaq. Bəlkə, o, mənim sahənin dərinliyinə getməyimi istəyir? Komanda yoldaşlarıma kömək etmək istəyirəm, qollar mənim üçün önəmli deyil. Əsas məqsədimiz növbəti mövsümdə hədəflərimizə çatmaqdır”.

Fred ötən mövsüm “Mançester Yunayted”in heyətində 35 matçda 4 qol vurub və 6 məhsuldar ötürmə edib. 29 yaşlı braziliyalı 2018-ci ilin iyul ayından İngiltərə klubunda çıxış edir. Onun klubla müqaviləsi 2023-cü ilin iyun ayının sonuna kimi qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button