“Əsas məqsəd elitada qalmaq idi” – Samir Abasov
“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 35-ci turunun “Qarabağ”la oyunundan sonra (2:1) danışıb.
Komanda.az xəbər verir ki, o, oyundan sonra baş tutan mətbuat konfransında aşağıdakı fikirləri səsləndirib:
“Komandamı təbrik edirəm. Bu gün rəqiblərimiz də paralel olaraq oynayırdı. Həmin matçların nəticəsi də bizim üçün olduqca vacib idi. Ən xoş olan odur ki, öz hesabımıza Premyer Liqada qalmağı bacardıq. Bir oyunumuz qalıb. Ona da hazırlaşacağıq. Daha sonra planlarımızı quracağıq. Əsas məqsəd elitada qalmaq idi. Onun da öhdəsindən gəldik”.
Rövşən Əlisoy
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin