Ərəblər PSJ-nin futbolçusu üçün danışıqlara başlayıb
Səudiyyə Ərəbistanı klubu “Əl-Hilal” PSJ-nin yarımmüdafiəçisi Marko Verrattini transfer etmək üçün danışıqlara başlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Riyad təmsilçisi italiyalıya mövsümlük 25 milyon avro maaşla 2026-cı ilə qədər müqavilə təklif edib.
Verratti 2012-ci ilin iyulundan Fransa klubunda çıxış edir. O, 2022/23 mövsümündə 38 oyuna çıxıb və bir məhsuldar ötürmə edib.
Xatırladaq ki, iyunun 20-də paytaxt təmsilçisi Verrattini ən azı 80 milyon avroya satmağa hazır olduğunu bildirmişdi.
2023/24 mövsümündən etibarən Kərim Benzema, Nqolo Kante, Ruben Neves kimi futbolçular da karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. Kriştiano Ronaldo isə 2022/23 mövsümündən “Əl-Nəsr”-də forma geyinir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin