Ərəblər onu da transfer edir
“Liverpul”un yarımmüdafiəçisi Fabinyo klubdan ayrılmağa yaxındır.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, buna səbəb Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-İttihad”ın braziliyalını transfer etmək istəməsidir.
Ciddə təmsilçisi Fabinyo üçün “qırmızılar”a 40 milyon funt-sterliq təklif edib. Danışıqlar müsbət məcrada davam etsə, futbolçu “Liverpul”un Almaniyadakı düşərgəsindən ayrılacaq.
Keçid baş tutsa, Mersisayd təmsilçisi Fabinyonun yerini doldurmaq üçün axtarışlara start verəcək. Artıq “Foot Mercato” nəşri “sambaçı”nın “Əl-İttihad”la 3 illik müqavilə imzaladığını da yazıb.
Fabinyo 2018-ci ildən Premyer Liqa təmsilçisində çıxış edir. O, bu müddətdə 219 oyuna çıxıb.
Xatırladaq ki, “Əl-İttihad” yay transfer pəncərəsində “Real”dan Kərim Benzemanı, “Çelsi”dən isə Nqolo Kanteni heyətinə qatıb.
Bizi Facebook-da izləyin