Ərəblər “Everton”un hücumçusu üçün Londona gedəcək
“Əl-Hilal” “Everton”un hücumçusu Demaray Qrey ilə maraqlanır.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubunun nümayəndə heyəti gələn həftə danışıqlar üçün Londona gəlməlidir.
26 yaşlı Qreyin “Everton”la müqaviləsi 2024-cü ilin yayına kimi qüvvədədir. O, daha əvvəl – 2016-cı ildən 2021-ci ilə kimi “Lester”də çıxış edib.
Qrey 2022/23 mövsümündə 36 matçda meydana çıxıb, 6 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin