“Ən ədalətli nəticə bərabərlik idi” – Əsgərov
“Son oyunlarda uğurlu seriyamız vardı. Qol buraxmadan ardıcıl qələbələr qazanırdıq. Bu oyunda uğurlu seriyanı davam etdirmək istəyirdik”.
Komanda.az xəbər verir ki, bu sözləri qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov dünya çempionatının seçmə mərhələsində Bosniya və Herseqovina ilə keçirilən oyundan sonrakı mətbuat konfransında deyib.
O, 0:1 hesablı məğlubiyyəti belə şərh edib:
“Komandam xal qazanmaq üçün hər şey etdi. Hesab edirəm ki, nəticə oyuna görə olmadı. Ən ədalətli nəticə bərabərlik idi. Təəssüf ki, ani diqqətsizlikdən 90+4-cü dəqiqədə qol buraxdıq. Əldə etdiyimiz qol imkanlarını dəyərləndirsəydik, hesab fərqli olacaqdı. Məğlub olmağımıza baxmayaraq, komandamın mübarizə əzmi, nümayiş etdirdiyi futbol, ortaya qoyduğu xarakter məni qane etdi”.
Bizi Facebook-da izləyin