Naqelsmann: “Bəxtimiz gətirmədi”

“Bayern”in baş məşqçisi Yulian Naqelsmann Çempionlar Liqasının 1/4 final mərhələsində “Vilyarreal”la heç-heçə edib (1:1) turnirdən kənarlaşdıqları oyun haqqında fikirlərini bildirib.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi, səfərdə pis oyun keçirdiklərini söyləyib:

“İlk matç əsas idi. Həmin oyunda məğlub olduq. Səfərdə pis oyun keçirdik. Bu gün isə çox yaxşı oynadıq. Bu, son aylardakı ən yaxşı matçlarımızdan biri idi. İkinci hissədə Tomas Müller hesabı 2:0-a çatdırmalı idi. Bəxtimiz gətirmədi. “Vilyarreal” müdafiədə çox intizamlı və dərin oynadı. Biz  sonda əks-hücumu da əldən verdik”. 

“Bayern” ilk oyunda “Vilyarreal”a 0:1 hesabı ilə uduzmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button