Ən pis günlərini xatırladan “Valensiya”
“Valensiya” İspaniya çempionatının 22-ci turu çərçivəsində səfərdə “Xetafe”yə 0:1 hesabı ilə uduzub.
Komanda.az xəbər verir ki, “yarasalar” La Liqada 20 xalla 19-cu pillədə qərarlaşıb ki, bu da klubun 1982/83 mövsümündən bəri ən pis nəticəsidir. Həmin mövsümdə “Valensiya” 17 xal toplayıb (4 qələbə, 5 heç-heçə və 13 məğlubiyyət).
Növbəti turda komanda doğma meydanda “Real Sosyedad”ı qəbul edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin