Ən çox şikayətlənən baş məşqçi – Tomas Tuxel
“The Athletic” nəşri şikayətlərə görə 2020/21 mövsümündəki matçlardan sonra İngiltərə Premyer Liqasının baş məşqçiləri ilə 500-ə yaxın müsahibəni təhlil edib.
Komanda.az xəbər verir ki, araşdırmanın nəticələrinə görə, ən çox şikayətçi “Çelsi”nin baş məşqçisi Tomas Tuxel olub – 57,9 faiz. “Arsenal”ın baş məşqçisi Mikel Arteta 55,5 faizlə ikinci, “Norviç”dən Daniel Farke (54,5 faiz) üçüncüdür.
“Mançester Yunayted”in keçmiş baş məşqçisi Ralf Ranqnik 40 faizlə 10-cu, “Mançester Siti” ilə Premyer Liqa çempionu olmuş Pep Qvardiola 16-cı yerdə (27,3 faiz) qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin