“Ən böyük uğuru burada əldə edəcəm” – Haland

Norveçli hücumçu Erlinq Haland “Borussiya”dan (Dortmund) “Mançester Siti”yə keçidi haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “şəhərlilər”lə böyük uğur əldə edəcəyini düşünür:

“2021-ci ildə “Mançester Siti” ilə “Borussiya” arasında keçirilən oyundan sonra “Mançester Siti”nin beş futbolçusu onların komandasına qoşulmalı olduğumu söylədi. Onlar Con Stounz, Ruben Diaş, İlkay Gündoğan, Fil Foden və Kevin de Bruyne idi.

“Mançester Siti” hazırda dünyanın ən yaxşı klubudur. Düşünürəm ki, ən böyük uğuru burada əldə edəcəm”.

Haland bu mövsüm MS-nin heyətində bütün yarışlarda 11 matçda 14 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.

22 yaşlı norveçli bu ilin yayında 60 milyon avroya “Mançester Siti”yə keçib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button