“Ən azından “Kamp Nou”da Messi ilə birlikdə oynadığımı deyə biləcəm”
“Barselona”dan ayrılaraq “Fiorentina”ya transfer olunan Kevin-Prins Boatenq açıqlama verib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı futbolçu, cəmi 6 ay çıxış etdiyi Kataloniya klubu haqqında bunları deyib:
“Bu çox xoş təcrübə idi, amma təəssüf ki, bizim üçün qənaətbəxş olmadı. Buna baxmayaraq, hazırkı yaşımda buna dəyərdi. Ən azından “Kamp Nou”da Lionel Messi ilə birlikdə oynadığımı deyə biləcəm. Bu müddət ərzində ən yaxşı futbolçularla məşq etdim. Amma bu 6 ayda oynamağa daha çox vaxt ayırsaydım, daha yaxşı olardı”.
Qana millisinin üzvü müqavilə ilə İtaliyanın digər klubu “Sassuolo”ya məxsus olsa da, ötən mövsümün ikinci dövrəsini icarə əsasında “Barselona”da keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin