Əmindirlər – Onu transfer edəcəklərinə
“Bayern” klubunun rəhbərliyi “Liverpul”un hücumçusu Sadio Maneni transfer edəcəyinə əmindir.
Komanda.az “sport1.de”-yə istinadən xəbər verir ki, Münhen klubu transferin məbləği ilə bağlı “Liverpul”la razılaşmalı olacaq. Xəbərdə bildirilir ki, 30 yaşlı seneqallı üçün danışıqlarda “Bayern”in idman direktoru Hasan Salihamiciç böyük rol oynayır. Salihamiciç, Maneni Münhendə növbəti yüksək səviyyəli ulduz olacağına inandırıb.
Transfer baş tutsa, Mane Münhen klubunda ən çox maaş alan futbolçular sırasında olacaq. Hücumçuya vergilər çıxmadan ildə təxminən 20 milyon avro maaşla müqavilə təklif edilir.
Mane ötən mövsüm “Liverpul”un heyətində 50 oyunda 23 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun İngiltərə klubu ilə müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin