Əmin deyil – DÇ-2022-yə aparılacağına
“Mançester Yunayted”in hücumçusu Markus Reşford İngiltərə millisinin DÇ-2022 üçün heyətinə düşmək şanslarını dəyərləndirib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Reşford, DÇ-2022-də iştirak edəcəyinə əmin olmadığını bildirib:
“Düzünü desəm, o yaydan bəri Qaret Sautqeytlə (İngiltərə millisinin baş məşqçisi) danışmamışam. Dünya çempionatına gedəcəyimə çox da əmin deyiləm. Mövsümün əvvəlində “Mançester Yunayted”in uğuru üçün məndən asılı olan hər şeyi edəcəm və sonra nə olacağını görəcəyik”.
Reşford 2021-ci il iyulun 11-dən İngiltərə millisinə çağırılmır.
İngiltərə millisi DÇ-2022-də B qrupunda İran, ABŞ və Uelslə mübarizə aparacaq. Turnir 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək davam edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin