Əliyevlə Qarayevin komandasına bir qol bəs etdi

Futbol üzrə Rusiya Milli Futbol Liqasında (Premyer Liqadan sonrakı ən güclü liqa) 33-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı hücumçu Kamran Əliyevin komandası “SKA-Xabarovsk” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Lipetsk”lə qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Kamran da bu görüşün iştirakçısı olub. O, 74-cü dəqiqədə meydana buraxılıb. O, meydana çıxdıqdan 5 dəqiqə sonra sarı vərəqə ilə də cəzalanıb.

“SKA-Xabarovsk”da vaxtilə Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış David Qarayev də forma geyinir. O, bu görüşə start heyətdə başlayıb və 63-cü dəqiqədə əvəzlənib.

“SKA-Xabarovsk” 33 turdan sonra 56 xalla 20 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button