Əliyevli “Ximki” səfərdən xalsız döndü
Futbol üzrə Rusiya Premyer Liqasında 3-cü turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq hücumçusu Kamran Əliyevin formasını geyindiyi “Ximki” də növəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Tambov”la qarşılaşıb. Əliyevin komandası bu görüşdən məğlub ayrılıb – 0:1.
Kamran da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.
3 turdan sonra cəmi 1 xalı olan “Ximki” 16 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin