Əliyevli “Ximki” 3 qola üzüldü
Futbol üzrə Rusiya Premyer Liqasında 7-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq hücumçusu Kamran Əliyevin formasını geyindiyi “Ximki” də növəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Ural”la qarşılaşıb. Əliyevin komandası bu görüşdən məğlubiyyətlə ayrılıb – 1:3.
Kamran da bu matçın iştirakçısı olub. O, 63-cü dəqiqədə medana buraxılıb. Cari mövsümdə bir qol vurmuş Əliyev bu dəfə fərqlənə bilməyib.
7 turdan sonra cəmi 3 xalı olan “Ximki” 16 iştirakçı arasında 15-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin