Əliyevli “Ufa”dan çətin qələbə
Futbol üzrə Rusiya Premyer Liqasında 8-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Ximki” ilə üz-üzə gəlib. Əliyevin komandası bu oyundan qələbə ilə ayrılıb – 3:2.
Azər də bu görüşün iştirakçısı olub. O, 76-cı dəqiqədə meydana buraxılıb.
“Ufa” 8 turdan sonra 8 xalla 16 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin