
Əliyevli “Ufa” “Lokomotiv”dən xal aldı
Futbol üzrə Rusiya Premyer Liqasında 3-cü turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda Moskva “Lokomotiv”i ilə üz-üzə gəlib. Əliyevin komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Azər də bu görüşün iştirakçısı olub. O, 80-ci dəqiqədə meydana buraxılıb.
Qeyd edək ki, “Ufa” 3 turdan sonra 1 xalla 16 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin