Əliyevin komandası ikinci dövrəyə məğlubiyyətlə başladı

Futbol üzrə Rusiya Milli Futbol Liqasında (Premyer Liqadan sonrakı ən güclü liqa) 26-cı turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı hücumçu Kamran Əliyevin komandası “SKA-Xabarovsk” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Kuban”la qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Kamran da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 82-ci dəqiqədə əvəzlənib.

“SKA-Xabarovsk”da vaxtilə Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış David Qarayev də forma geyinir. O da bu görüşdə forma geyinib. Start heyətdə meydana çıxan futbolçu 70-ci dəqiqədə əvəzlənib.

“SKA-Xabarovsk” 26 turdan sonra 41 xalla 20 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button