Əliyevli “Tambov”un növbəti məğlubiyyəti

Futbol üzrə Rusiya Premyer Liqasında 28-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Azər Əliyevin formasını geyindiyi “Tambov” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Rostov”la qarşılaşıb. “Tambov” bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.

Azər də bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb.

“Tambov” bu mövsüm Rusiya Premyer Liqasında keçirdiyi 28 oyunda cəmi 13 xal toplaya bilib və 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button