Əliyevin komandası “Lokomotiv”i məğlub yola saldı

Futbol üzrə Rusiya Premyer Liqasında 19-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq hücumçusu Kamran Əliyevin formasını geyindiyi “Ximki” də növəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda Moskva “Lokomotiv”i ilə qarşılaşıb. Əliyevin komandası bu görüşdən qələbə ilə ayrılıb – 3:2.

Kamran bu matçın iştirakçısı olmayıb. Cari mövsümdə bir qol vurmuş Əliyev bu dəfə sonadək ehtiyatda qalıb.

19 turdan sonra 25 xalı olan “Ximki” 16 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button