Əliyevin komandası “Krasnodar”a uduzdu

Futbol üzrə Rusiya Premyer Liqasında 19-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da növbəti oyununa çıxıb.

Sözügedən komanda səfərdə “Krasnodar”la qarşılaşıb. Başqırdıstan təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Azər bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

“Ufa” 19 oyuna topladığı 13 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button