Əliyev baş məşqçisiz qaldı
Azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” klubu baş məşqçisi Dmitri Kiriçenko ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə Rusiya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Kiriçenkonun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Dmitri Kiriçenko 2018-ci il noyabrın 7-də “Ufa”da baş məşqçi postuna gətirilmişdi. Onun rəhbərliyi altında “Ufa” 1 dəfə qələbə qazanıb, 4 dəfə məğlub olub, 2 dəfə isə heç-heçə edib. Komanda Rusiya Premyer Liqasında 20 turdan sonra 16 xalla 15-ci pillədə yer alıb.
Azər Əliyev 2018-ci ilin avqustundan “Ufa”da forma geyinir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin