Əliyev üçün 90 dəqiqə və 1 xal
Futbol üzrə Rusiya Premyer Liqasında 4-cü turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçular Azər Əliyevlə Turqay Möhbalıyevin formasını geyindiyi “Ufa” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Soçi” ilə üz-üzə gəlib. Başqırdıstan təmsilçisi bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Turqayın adı isə qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
“Ufa” 4 turdan sonra 4 xalla 16 kollektiv arasında 11-ci sırada qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin