Əliyev mövsümün son matçında 90 dəqiqə oynadı

Futbol üzrə Rusiya Premyer Liqasında mövsümə yekun vurulub.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da bu mövsüm sonuncu oyununa çıxıb.

Sözügedən komanda 30-cu tur çərçivəsində doğma meydanda Tula “Arsenal”ı ilə qarşılaşıb. Başqırdıstan təmsilçisi bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

“Ufa” 30 oyuna topladığı 38 xalla mövsümü 16 kollektiv arasında 9-cu pillədə başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button