Əliyev ehtiyatda qaldı, “Ufa” səfərdə qələbə qazandı

Futbol üzrə Rusiya Premyer Liqasında 4-cü turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Nijni Novqorod”la üz-üzə gəlib. Əliyevin komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.

Azər bu görüşün iştirakçısı olmayıb. O, bu dəfə sonadək ehtiyatda oturub.

Qeyd edək ki, “Ufa” 4 turdan sonra 4 xalla 16 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button