Əliyev darmadağına qolla töhfə verdi
Rusiya Milli Futbol Liqasında (Premyer Liqadan sonrakı ən güclü liqa) 29-cu turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı hücumçu Kamran Əliyevin komandası “SKA-Xabarovsk” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Tekstilşik”lə qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:0.
Kamran da bu görüşün iştirakçısı olub. O, 69-cu dəqiqədə meydana buraxılıb. Komandasının sonuncu qolunu da 88-ci dəqiqədə azərbaycanlı futbolçu vurub.
“SKA-Xabarovsk”da vaxtilə Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış David Qarayev də forma geyinir. Amma o, bu görüşdə forma geyinməyib.
“SKA-Xabarovsk” 29 turdan sonra 48 xalla 20 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.
Bizi Facebook-da izləyin