Əliyar Ağayevə AÇ-də növbəti təyinat
Azərbaycanın FIFA referisi Əliyar Ağayev 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçirilən Avropa çempionatında növbəti oyuna təyinat alıb.
Komanda.az xəbər verir ki, ədalət təmsilçisi C qrupunun ikinci turundakı Çexiya – Almaniya görüşündə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Matçı norveçli Espen Eskas idarə edəcək. Ona həmyerliləri Yan Erik Enqan və İsak Elias Başevkin kömək edəcəklər.
İyulun 25-də Gürcüstandakı “Batumi Arena”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qitə çempionatı Gürcüstan və Rumıniyada təşkil olunur. Ağayev daha öncə A qrupundakı Belçika – Niderland (0:0) matçının baş hakimi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin