Əliyar Ağayev Premyer Liqadan “sürgün olunub”?
Azərbaycan Premyer Liqasının 19-cu turunun oyunları üçün bütün təyinatlar məlum olub.
Komanda.az xəbər verir ki, “Neftçi” – “Sabah” matçını Vüqar Həsənli, “Keşlə” – “Qarabağ” görüşünü isə Orxan Məmmədov idarə edəcək. Maraqlıdır ki, yaxın günlərə kimi Azərbaycanın ən perspektivli hakimi sayılan Əliyar Ağayev, Premyer Liqa oyunlarına təyinat almayıb. O, birinci divizionda keçiriləcək MOİK – “Şüvəlan” matçında iş başında olacaq.
Azərbaycan Premyer Liqası, 19-cu tur
2 mart
16:00 Səbail – Sumqayıt
Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Müslüm Əliyev, Ziya Nəsirov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Bayıl Arena”
18:30 Neftçi – Sabah
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Nail Nağıyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Şaiq Həmidov
8-ci km stadionu
3 mart
15:00 Zirə – Qəbələ
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Əli Cəbrayılov, Namiq Bəkirov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Zirə İdman Kompleksinin stadionu
17:30 Keşlə – Qarabağ
Hakimlər: Orxan Məmmədov, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Nahid Xasıyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“ASK Arena”
Qeyd: iki günü əhatə edəcək turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.
Bizi Facebook-da izləyin