
Əliyar Ağayev pley-off oyununa təyinat aldı
Azərbaycanın FİFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.
Komanda.az xəbər verir ki, 35 yaşlı baş hakim Latviyada RFŞ və Şimali İrlandiyanın “Linfild” komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununu idarə edəcək.
Ona laynsmanlar qismində Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.
Avqustun 18-də keçiriləcək qarşılaşma saat 21:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin