Əliyar Ağayev DÇ-2022-nin oyununda
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
Komanda.az xəbər verir ki, Ağayev DÇ-2022-nin Slovakiya və Kipr milliləri arasında keçiriləcək seçmə mərhələ oyununu idarə edəcək. Ona Zeynal Zeynalov və Akif Əmirəli yan xətt hakimləri, Elçin Məsiyev isə dördüncü hakim qismində yardımçı olacaq.
Sentyabrın 7-də, Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin