Əliyar Ağayev “Braqa”nın oyununu idarə edəcək

Azərbaycanın FİFA referisi Əliyar Ağayev növbəti dəfə təyinat alıb.

Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Belçikada “Yunion” və Portuqaliya “Braqa”sı arasında UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü tur oyununu idarə edəcək.

Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli laysmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Matçın VAR hakimləri türkiyəli Abdulkadir Bitigen və Mete Kalkavandır.

Oyun oktyabrın 13-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button