Əlinin ailəsinə İrandan çıxmaq qadağası – Təyyarə endirildi
İran millisinin keçmiş futbolçusu Əli Daeiyə qarşı təzyiqlər davam edir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Azərbaycan əsilli veteran hücumçudan sonra ailəsinə də ölkə xaricinə çıxmaq qadağası qoyulub. Buna səbəb onun 22 yaşlı Məhsa Əmininin polislər tərəfindən öldürülməsinə görə edilən kütləvi etirazları dəstəkləməsidir.
İran hökuməti Daenin qızı və həyat yoldaşının ölkə xaricinə çıxışına mane olmaq üçün onların olduğu, Dubaya uçan təyyarəni yola düşəndən bir saat sonra dayandırıb. Təyyarə Tehrandan qalxdıqdan bir saat sonra Kiş adasında yerə enib. Kütləvi etirazları dəstəklədiyinə görə restoranı və zərgərlik mağazası bağlanan Əli Daei hazırda qızı və həyat yoldaşının Tehrana qayıda bilməsi üçün çalışır.
Bizi Facebook-da izləyin