Əlcəzairli futbolçu Türkiyə klubunda
“Başakşəhər” heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Əlcəzair yığmasının və Birləşmiş Ərəb Əmirliklərinin “Xor Fakkan” klubunun yarımmüdafiəçisi Mehdi Abeydi transfer edib.
30 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb. O, yeni komandasında 19 nömrəli formanı geyinəcək.
Abeyd peşəkar futbola “Lans”da başlayıb, “Nyukasl”, “Sent Conston”, “Panatinaikos”, “Dijon”, “Nant” və “Əl-Nəsr” kimi klublarda da forma geyinib. Yarımmüdafiəçi Əlcəzair millisində 19 oyuna çıxıb, 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin