İsrailli idmançı ilə qarşılaşmamaq üçün Tokio-2020-dən imtina etdi

Əlcəzairli cüdoçu Fathi Nurin Tokio-2020-dən imtina edib.

Komanda.az xəbər verir ki, olimpiadada 73 kq-da mübarizə aparan cüdoçu İsraildən olan idmançı Tohar Mutbulla ilə qarşılaşmamaq üçün yarışdan imtina edib. Fathi Fələstinə dəstək məqsədiylə bu addımı atıb. Əlcəzairli idmançı bununla bağlı fikirlərini söyləyib:

“Fələstinin mübarizəsi mənim mübarizəmdən daha böyükdür”.

Fathi bazar ertəsi sudanlı idmançı Məhəmməd Abdolrasolla qarşılaşacaqdı. O, rəqibini məğlub edəcəyi təqdirdə, növbəti mərhələdə israilli Toharla üzləşməli olacaqdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button