
“Reşford, əlasan!”
İngiltərə millisinin yarımmüdafiəçisi Çud Bellingem DÇ-2022-nin qrup mərhələsinin üçüncü turunun Uelslə matçı (3:0) barədə fikir bildirib.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, komanda yoldaşı Markus Reşfordun cərimə zərbəsi haqda danışıb:
“Belə bir oyunda cərimə zərbəsindən qol vurmaq möhtəşəmdir. Reşford, əlasan!”
İngiltərə millisi bu qələbədən sonra qrupda xallarının sayın 7-yə çatdırıb. Bununla da, onlar turnirin pley-off mərhələsinə vəsiqə qazanıblar. 1/8 finalda rəqib Seneqal millisi olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin