“Əl Sədd” Xavinin “Barselona”ya getməsinə razılıq verdi
Qətərin “Əl Sədd” klubu baş məşqçi Xavi Ernandesin İspaniya “Barselona”sının “sükanı arxasına” keçməsinə razılıq verib.
Komanda.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Kataloniya təmsilçisi müqavilədə nəzərdə tutulan təzminat məbləğini ödəməyə razı olub. Bu üzdən də onlar 41 yaşlı mütəxəssisin gedişinə icazə veriblər.
2015-2019-cu illər aralığında “Əl-Sədd”də oynamış Xavi, 2019-cu ildə bu komandaya baş məşqçi təyin olunub. Onun Qətər klubu ilə 2023-cü ilədək müqaviləsi var.
“Barselona”nın yetirməsi olan Xavi 1997-2015-ci illərdə bu komandanın formasını geyinib. Keçmiş yarımmüdafiəçi ötən gün verdiyi açıqlamada “Əl Sədd” klubundan ayrılmaq istədiyini və ölkəsinə qayıtmaq arzusunda olduğunu açıqlamışdı. Kataloniya təmsilçisinin noyabrın 8-nə qədər yeni baş məşqçisini təqdim etməsi gözlənilir.
Bizi Facebook-da izləyin