Ronaldo həmyerlisini “Əl-Nəsr”i çalışdırmağa razı salıb
Braziliyanın “Botafoqo” klubunun baş məşqçisi Luis Kastro “Əl-Nəsr”i çalışdıracaq.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, 61 yaşlı çalışdırıcı Səudiyyə Ərəbistanı klubu ilə 2+1 illik müqavilə imzalayacaq. “Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo həmyerlisi ilə əlaqə saxlayıb və onu təklifi qəbul etməklə bağlı razı salıb.
Kastronun Braziliya klubu ilə müqaviləsi 2024-cü ilin martına qədər olduğu üçün “Əl-Nəsr” qarşı tərəfə 2,3 milyon avroluq sərbəstqalma məbləği ödəyəcək.
Yayılan məlumatlara görə, paytaxt klubu portuqaliyalıya “Botafoqo”da qazandığı puldan dörd dəfə çox maaş verməyə hazırdır.
“Əl-Nəsr”in keçmiş çalışdırıcısı Rudi Qarsiya aprel ayında istefaya göndərilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin