
Tezliklə açıqlanacaq – “Əl-İttihad”a transferi
“Çelsi”nin yarımmüdafiəçisi Nqolo Kante Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-İttihad”a keçmək üçün müqaviləyə imza atmazdan öncə tibbi müayinədən keçəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 32 yaşlı futbolçunun keçidi qarşıdakı saatlarda açıqlanacaq.
Onun “zadəganlar”la sözləşməsi iyunun sonunda başa çatır.
Kante 2022/23 mövsümündə London təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla doqquz oyuna çıxıb və bir məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin