
“Əfsanəmiz karyerasını bitirir”
“Yuventus” keçmiş qapıçısı Canluici Buffonun karyerasını bitirməsinə münasibət bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qoca sinyora” bununla bağlı sosial media hesabında paylaşım edib:
“Əfsanəmiz karyerasını bitirir. Qurtarışları, gülüşü, xarakteri yaddaşımızdan silinməyəcək”.
Xatırladaq ki, Buffon 45 yaşında futbolla vidalaşıb. O, karyerası ərzində “Parma”, PSJ kimi klublarda da forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin