Təcavüzə uğrayan qadın futbolçu: “İstədiyin qədər qışqıra bilərsən, kimsə səni eşitməz” dedi”
Əfqanıstan Futbol Federasiyasının prezidenti Kəraməddin Kərim futboldan uzaqlaşdırılıb.
Komanda.az xəbər verir ki, buna səbəb qadın futbolçulardan ibarət Əfqanıstan millisinin bir neçə üzvünün prezidentin ona təcavüz etdiyini açıqlaması olub. FİFA Kəraməddin Kərimi təcavüzdə ittiham edərək, onu ömürlük futboldan uzaqlaşdırıb.
Qadın futbolçulardan biri təcavüzlə bağlı açıqlamada bunları deyib:
“Məşqdən sonra evə qayıtmaq üçün pulum yox idi. Kömək istədim, mənə yaxınlaşdı və “səni daha yaxından görmək istəyirəm, bədənini görmək istəyirəm” dedi. Mən uzaqlaşmasını dedim, o isə “narahat olma, evə qayıtmaq üçün pul verəcəm, məni izlə” dedi. Kömək edəcəyini düşünmüşdüm. Bazadakı otaqlardan birinə girdi, çox qaranlıq idi. Başqa bir qapı da var idi, ancaq görə bilmirdim. Otaq otel otağına bənzəyirdi. Yataq və duş var idi. Mən girdikdən sonra qapını bağladı. Yatağa oturmağımı dedi. Mənə “bu gün paltarlarının altında nə var, onu görəcəyik. İstədiyin qədər qışqıra bilərsən, kimsə səni eşitməz” dedi. Məni yatağa tərəf itələsə də, həmin an qalxdım. Ondan qurtulmaq istədim, ancaq məni yumruqla vurdu. Sonra gözüm qaraldı və huşumu itirdim.
Oyandığımda üzərimdə paltar yox idi və hər yer qan idi. Ağzımdan, burnumdan qan gəlirdi. Duşa getdim və üzümü yudum. Sonra ona “mənə nə etdiyini hər kəsə, mediaya söyləyəcəm” dedim. O isə ağzıma silah tutaraq, “bir nəfərə desən, səni öldürəcəm” deyə, təhdid etdi.
Bununla bağlı ailəmə heç bir şey demədim. O isə komanda yoldaşlarıma mənim digər komanda yoldaşımı vurduğumu və bu səbəbdən milli komandadan uzaqlaşdırdığını demişdi”.
Bir neçə milli komanda oyunçusu da federasiya prezidenti Kərimin onlara təcavüz etdiyini açıqlayıb. Hadisələrdən sonra qadın futbolçular ölkə prezidenti Əşrəf Qani də daxil olmaqla, bir neçə nəfərin qanunsuz işlərlə məşğul olduqlarını deyiblər:
“Hökumətə etibarımız yoxdur. Kərim çox güclü insandır. Hökumət içərisində olan bir neçə tanışı var. Pulu çoxdur və insanları satın ala bilər”.
Bizi Facebook-da izləyin