“Zəngəzur” Avropa Kubokuna qələbə ilə başladı

“Zəngəzur” minifutbol komandası Bolqarıstanda keçirilən Avropa Kubokuna qələbə ilə başlayıb.

Komanda.az xəbər verir ki, A qrupunda yer alan Azərbaycan təmsilçisi açılış oyununda yerli “Qalaktiko Vratsa” klubunu üstələyib.

Qarşılaşma “Zəngəzur”un 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Zəngəzur” sentyabrın 14-də qrup çərçivəsində daha iki oyun keçirəcək. Azərbaycan komandası saat 10:00-da Yunanıstan TMT-si, 18:00-da isə Çexiya “Veşka Olomuç”u ilə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button