“Zəngimə belə, cavab vermədilər” – “Neftçi”nin sabiq baş məşqçisi
“Neftçi”nin sabiq baş məşqçisi Roberto Bordin açıqlama verib.
Komanda.az “guerinsportivo.it”-ə istinadən xəbər verir ki, ölkə xaricində Azərbaycan və Moldovada çalışmış italiyalı mütəxəssis, bu iki ölkənin futbolu barədə fikirlərini bölüşüb:
“Moldova və Azərbaycan kimi ölkələrdə çalışmağım bir az təsadüf nəticəsində oldu. On il köməkçi işlədikdən sonra bir anda özümü işsiz gördüm. Daha çox dostum olduğunu düşünürdüm, amma D seriyasında “Triestina” ilə təcrübəmi borclu olduğum Şon Solyano istisna olmaqla, zəngimə belə, cavab vermədilər. Azərbaycanda və Moldovada isə inkişaf edən, ən müasir strukturlara malik futbol gördüm”.
Bordin 2018-2020-ci illərdə “Neftçi”yə rəhbərlik edib. O, “Şerif” və Moldova yığmasını da çalışdırıb.
Bizi Facebook-da izləyin