“Zədəsiz oyun keçirmək istəyirdik” – Azər Bağırov
“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsi çərçivəsində qarşılaşdıqları “Ağdaş” ilə oyundan sonra fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, 6:0 hesablı qələbəyə sevindikləri matçla bağlı bunları söyləyib:
“Kubok yarışında aşağı liqa klublarının iştirakı komanda sayını artırıb. İkinci liqa təmsilçiləri ilə Premyer Liqa klubları arasında təbii ki, böyük fərq var. Bu, bütün komponentlərdə özünü göstərir. Düşünürəm ki, növbəti illərdə daha yaxşı, mübarizəli oyunları izləyəcəyik. “Ağdaş”a növbəti oyunlarda uğurlar arzulayıram. Özümüzə gəlincə, qarşıda çətin çempionat matçı olduğundan zədəsiz oyun keçirmək istəyirdik. Uşaqlar meydançada qaçdılar, oynadılar. Əvəzedici komandamızdan gələn gənclərə də şans verdik. Onların oyununa baxdıq”.
Bizi Facebook-da izləyin