Zubirin yubiley oyunu
Abdullah Zubir “Qarabağ”da 200-cü oyununu keçirib.
Komanda.az xəbər verir ki, 32 yaşlı fransalı yarımmüdafiəçinin yubileyi Premyer Liqanın 28-ci turuna təsadüf edib.
“Şamaxı” ilə səfər matçına (1:0) start heyətdə çıxan fransalı legioner 90 dəqiqə meydanda olub.
Zubir Ağdam klubunda keçirdiyi 200 oyunda 42 qol vurub. O, Premyer Liqada 118 (31 qol), kubokda 16 (1 qol), avrokuboklarda 66 (10 qol) görüşdə şans qazanıb.
Zubir 2018/19 mövsümündən “Qarabağ”da çıxış edir. Onun debütü 2018-ci il iyulun 11-də “Olimpiya” ilə Çempionlar Liqasının Sloveniyadakı görüşündə (1:0) gerçəkləşib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin